Karantin qaydalarını pozan sürücü saxlanıldı

Karantin qaydalarını pozan sürücü saxlanıldı

Hazırda oxunan: Karantin qaydalarını pozan sürücü saxlanıldı
16710
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Koronavirus infeksiyasının qarşısının alınması məqsədilə ölkə ərazisində tətbiq olunmuş karantin rejimi çərçivəsində ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. 

Bizim.Media xəbər verir ki, DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən bu istiqamətdə həyata keçirilən nəzarət-profilaktiki tədbirlər nəticəsində Sumqayıtdan Astaraya qanunsuz olaraq sərnişin daşıyan mikroavtobus sürücüsü saxlanılıb. 

Abşeron rayon sakini R.Həsənovun karantin rejimi qaydalarını pozaraq idarə etdiyi "Mercedes Sprinter" markalı mikroavtobusla qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib.

Onun idarə etdiyi nəqliyyat vasitəsi Astara RPŞ-nin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılarkən orada 18 sərnişinin olduğu müəyyənləşib. 

Həmin sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO