Qusarda “Makarov” satmaq istəyən şəxs SAXLANILDI - FOTO

Qusarda “Makarov” satmaq istəyən şəxs SAXLANILDI - FOTO

Hazırda oxunan: Qusarda “Makarov” satmaq istəyən şəxs SAXLANILDI - FOTO

167057

Qusar Rayon Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında polis əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində 1984-cü il təvəllüdü Eldar Əliyev Qusar rayonu Yasab kəndi ərazisində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, onun üzərinə baxış zamanı bir ədəd “Makarov” markalı tapançası, 5 ədəd patron və daraq aşkar edilərək götürülüb.

Araşdırma zamanı izahatı alınan E.Əliyev tapançanı bir müddət əvvəl Bakı şəhərində əldə etdiyini və satmaq məqsədilə Qusar rayonuna gətirdiyini bildirib.
Faktla əlaqədar Qusar Rayon Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır.




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO