Atası və qardaşı şəhid olan polkovnik vəfat etdi - FOTO 

Atası və qardaşı şəhid olan polkovnik vəfat etdi - FOTO 

Hazırda oxunan: Atası və qardaşı şəhid olan polkovnik vəfat etdi - FOTO 
167006
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Silahlı Qüvvələrindən bir müddət əvvəl ehtiyata buraxılan polkovnik Tofiq Orucov qəfil vəfat edib. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, T.Orucov bu gün qəfil ürəktutmadan dünyasını dəyişib. 

Qeyd edək ki, T.Orucov Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, 44 günlük Vətən müharibəsidndə iştirak edib.
1975-ci il təvəllüdlü zabit bir müddət əvvəl ordu korpuslarından birinin mühəndis xidmətinin rəisi vəzifəsindən azad edilərək ehtiyata buraxılıb. 

O, Vətən müharibəsindən sonra "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub. 

Əslən Laçın rayonunun Fərraş kəndindən olan Tofiq Orucovun atası Miryusif Orucov və qardaşı Rafiq Orucov l Qarabağ müharibəsinin şəhidləridir. 

Atası və qardaşı şəhid olan polkovnik vəfat etdi - FOTO  - foto 1
Atası və qardaşı şəhid olan polkovnik vəfat etdi - FOTO  - foto 2
Atası və qardaşı şəhid olan polkovnik vəfat etdi - FOTO  - foto 3
Atası və qardaşı şəhid olan polkovnik vəfat etdi - FOTO  - foto 4

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO