Xudat sakinlərinə ŞAD XƏBƏR - Təcili tibbi yardım məntəqəsinin təmiri gələn il bitəcək - FOTO/VİDEO 

Xudat sakinlərinə ŞAD XƏBƏR - Təcili tibbi yardım məntəqəsinin təmiri gələn il bitəcək - FOTO/VİDEO 

Hazırda oxunan: Xudat sakinlərinə ŞAD XƏBƏR - Təcili tibbi yardım məntəqəsinin təmiri gələn il bitəcək - FOTO/VİDEO 
167001
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xaçmazın 18 300 nəfər əhalisi olan Xudat şəhərinin xəstəxanasının bağlanması, hazırda burada fəaliyyət göstərən Ailə-Sağlamlıq Mərkəzinin dar çərçivədə fəaliyyət göstərməsi ilə bağlı bir məlumat vermişik.

Bir neçə gündür ki, Xudat şəhər xəstəxanasının ərazisində söküntü işləri gedir. Söküntü işlərindən sonra Ailə-Sağlamlıq Mərkəzinin yenilənəcəyi barədə məlumatlar dolaşır. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda tibb müəssisəsinin eyvanı QƏZALI VƏZİYYƏTDƏ – VİDEOREPORTAJ 


Məsələ ilə bağlı TƏBİB-in mətbuat xidmətinin rəsmisi Zamirə Adilova ilə əlaqə saxladıq. TƏBİB rəsmisi Bizim.Media-nın şimal bürosuna açıqlamasında burada yeni şöbənin inşa ediləcəyini bildirib: 

"Xudat şəhər Təcili Tibbi Yardım bölməsinin yerləşdiyi - 1958-ci ildə tikilən 2 mərtəbəli binada xidmətlərin genişləndirilməsi və digər kliniki müayinələrin müasir standartlara uyğun həyata keçirilməsi məqsədi ilə hazırda əsaslı təmir işləri həyata keçirilir. Təmir işlərinə bu il noyabr ayının 3-dən başlanılıb.

Həmin ərazidə bu günədək söküntü işləri həyata keçirilib və bu istiqamətdə işlər yekunlaşmaq üzrədir. İş qrafikinə əsasən əsaslı təmir işlərinin 6 ay ərzində başa çatdırılması nəzərdə tutulub." 

TƏBİB-in mətbuat katibi Xudat Ailə-Sağlamlıq Mərkəzinin binasının təmirinin növbəti ildə həyata keçirilməsinin planlaşdırıldığını qeyd edib.
 


Xudat sakinlərinə ŞAD XƏBƏR - Təcili tibbi yardım məntəqəsinin təmiri gələn il bitəcək - FOTO/VİDEO  - foto 1
Xudat sakinlərinə ŞAD XƏBƏR - Təcili tibbi yardım məntəqəsinin təmiri gələn il bitəcək - FOTO/VİDEO  - foto 2
Xudat sakinlərinə ŞAD XƏBƏR - Təcili tibbi yardım məntəqəsinin təmiri gələn il bitəcək - FOTO/VİDEO  - foto 3
Xudat sakinlərinə ŞAD XƏBƏR - Təcili tibbi yardım məntəqəsinin təmiri gələn il bitəcək - FOTO/VİDEO  - foto 4
Xudat sakinlərinə ŞAD XƏBƏR - Təcili tibbi yardım məntəqəsinin təmiri gələn il bitəcək - FOTO/VİDEO  - foto 5
Xudat sakinlərinə ŞAD XƏBƏR - Təcili tibbi yardım məntəqəsinin təmiri gələn il bitəcək - FOTO/VİDEO  - foto 6
Xudat sakinlərinə ŞAD XƏBƏR - Təcili tibbi yardım məntəqəsinin təmiri gələn il bitəcək - FOTO/VİDEO  - foto 7

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO