Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri İSTEFA VERDİ 

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri İSTEFA VERDİ 

Hazırda oxunan: Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri İSTEFA VERDİ 

166445

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev istefa verəcəyini açıqlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə o, özünün sosial hesabında məlumat verib:
 

MÖVZU İLƏ BAĞLI:

Xaçmazda məktəbli regional təhsil idarəsinin müdiri tərəfindən döyülüb? - AÇIQLAMA 


“Ölkəmizdə son onillikdə həyata keçirilən təhsil islahatlarının həyata keçirilməsi prosesində daim Nazirliyimizin və siz əziz həmkarlarımın dəstəyi üzərimdə olub. Bu illər ərzində daim nazirliyimizin prinsiplərinə uyğun addım atmışam.

Bütün qazandığımız uğurlar və region təhsilində həyata keçirilmiş inkişaf yönümlü tədbirlər məhz sizlərin iradəsi və dəstəyi sayəsində mümkün olmuşdur. Bu uzun və şərəfli yolda məhz sizlərlə birgə addımlamışam və sizlərin ictimai rəyi mənə stimul verib.

Bütün bunlara rəğmən mən bir fərd olaraq çox yorulmuşam və estafeti digərlərinə ötürməyin vaxtının çatdığını düşünürəm. Bu gün vəzifəmdən ayrılıram, lakin bütün vücudumla sizlərlə birgə Nazirliyimizin təhsil siyasətini dəstəkləməkdə davam edəcəyəm. Bir daha hamınıza təşəkkür edirəm və bir təhsil işçisi olaraq sizlərin yanındayam." - deyə Rüfət Hacıyev qeyd edib.

Xatırladaq ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev 9-cu sinif şagirdini döyüb. Hadisə Xaçmaz şəhər 4 saylı tam orta məktəbdə yaşanıb. Təhsil ocağına yoxlamaya gələn R.Hacıyev həmin məktəbin şagirdi 2007-ci il təvəllüdlü Nizam Ramiz oğlu Mirzəyevi döyüb.

Məktəblinin valideynləri hadisə ilə bağlı Xaçmaz Rayon Polis Şöbəsinə (RPŞ) müraciət ediblər.

Qeyd edək ki, bu Rüfət Hacıyevin adının hallandığı ilk qalmaqallı hadisə deyil. Bir müddət öncə də iclasa mobil telefonla gəldiyi üçün ona Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tərəfindən irad tutulmuşdu. İradla razılaşmayan Rüfət Hacıyev icra başçısı tərəfindən iclasdan qovulmuşdu.

Onu da əlavə edək ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəisi Rüfət Hacıyev barəsində Quba Rayon Prokurorluğunda cinayət işi açılıb.

Onun  barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308,1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.

Prokurorluğa edilən şikayət əsasında aparılan araşdırmalardan sonra bu qərar qəbul edilib.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO