“Dövlət qulluğunda yüksək bal toplayanlar müsahibədən azad edilsin” – Deputatdan TƏKLİF 

“Dövlət qulluğunda yüksək bal toplayanlar müsahibədən azad edilsin” – Deputatdan TƏKLİF 

Hazırda oxunan: “Dövlət qulluğunda yüksək bal toplayanlar müsahibədən azad edilsin” – Deputatdan TƏKLİF 

166325

Ötən gün Dövlət İmtahan Mərkəzi peşəkar mühasib sertifikatı imtahanının II mərhələsini (qanunvericilik üzrә) keçirib. İmtahana qeydiyyat Mərkəzin internet səhifəsi vasitəsilə aparılıb və imtahanda iştirak etmək üçün 1 616 nəfər müraciət edib.

Bəs, bu imtahan hansı məqsədlə keçirilir?

DİM-dən sorğumuza cavab olaraq bildirilib ki, peşəkar mühasib sertifikatı (PMS) ölkəmizdə peşəkar mühasib adını qazanmaq istəyən namizədlər üçün nəzərdə tutulmuş sertifikasiyadır: 

“Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarına əsasən Peşəkar mühasib sertifikatının (PMS) verilməsi prosesinin təşkili və imtahanların keçirilməsi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir”.
 

MÖVZU İLƏ BAĞLI:

Dövlət qulluqçularının başqa vəzifəyə təyin edilməsi ilə bağlı YENİ QAYDA 


Məsələyə Millət vəkil, təhsil üzrə ekspert Etibar Əliyevin də münasibətini öyrəndik. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, DİM peşəkar mühasib sertifikatının verilməsi imtahanının müvafiq qanunvericiliyə uyğun həyata keçirir:

“Bu DİM-in həyata keçirdiyi digər ödənişli tədbirlərdən biridir. Mühasib sertifikatının verilməsi imtahanı 2 mərhələdə keçirilir. İmtahanı uğurla verib və sertifikat alan şəxslər iş tapmaqda əlavə üstünlük qazanırlar”. 

Millət vəkili bir vacib məqama da toxunub:

“Mən və əksər həmkarlarımız dəfələrlə Milli Məclisdə məsələ qaldırmışıq ki, dövlət qulluğuna qəbul zamanı müsahibə mərhələsi aradan qaldırılsın. Bir çox hallarda dövlət qulluğuna qəbul imtahanından yüksək bal toplayan gənclər müsahibə mərhələsindən keçə bilmirlər. Yaxşı olar ki, DİM-in keçirdiyi imtahandan yüksək bal toplayan gənclər müsahibə mərhələsindən azad edilsinlər. Çünki müsahibə mərhələsində subyektiv amillər rol oynayır. 

Bununla bağlı bizə çoxlu müraciətlər olur. Mən şəxsən müsahibə mərhələsinin tərəfdarı deyiləm. Elə gənclərimiz var ki, 4-5 dəfə DİM-in keçirdiyi dövlət qulluğuna qəbul imtahanından ən yüksək nəticə göstəriblər. Amma müsahibə mərhələsindən keçə bilməyiblər. 
Praktika göstərir ki, müsahibə mərhələsində gənclərə çox absurd suallarla müraciət edirlər. Bu suallar hesabına istənilən şəxsi müsahibədən kəsmək olar. Maraqlıdır ki, müsahibə mərhələsi peşəkar mütəxissislər tərəfindən yox, dövlət qurumlarının nümayəndələri tərəfindən həyata keçirilir”. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO