Qobustanda xeyli sayda silah-sursat aşkar edildi - FOTO

Qobustanda xeyli sayda silah-sursat aşkar edildi - FOTO

Hazırda oxunan: Qobustanda xeyli sayda silah-sursat aşkar edildi - FOTO
166259
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktiki tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, keçirilən əməliyyatlar zamanı rayon ərazisindən 2 ədəd yivli “TOZ”, 3 ədəd müxtəlif markalı ov tüfəngi, 1 ədəd əl qumbarası, fişəng atan tapança və 16-sı “Makarov” tapançasına məxsus olmaqla ümumilikdə 47 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilmiş profilaktiki tədbirlər nəticəsində isə rayon sakinləri 2 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

Bu istiqamətdə polis əməkdaşları tərəfindən zəruri bilinən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO