Bakıda yerüstü piyada keçidi istifadəyə verildi - FOTO - VİDEO

Bakıda yerüstü piyada keçidi istifadəyə verildi - FOTO - VİDEO

Hazırda oxunan: Bakıda yerüstü piyada keçidi istifadəyə verildi - FOTO - VİDEO
165708
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakıda yeni yerüstü piyada keçidini vətəndaşların istifadəsinə verib.

Bizim.Media bu barədə agentliyə istinədən xəbər verir.

Məlumata görə, keçid Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 28,5-ci km-də yerləşir. Onun ümumi uzunluğu 45 metr, eni 3.5 metr, pilləkənlərin eni 2,5 metrdir. Yol səviyyəsindən hündürlüyü 5.5 metr olan keçid tağvari metal konstruksiyalıdır. İki giriş-çıxışdan ibarət olan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılıb. Layihə çərçivəsində avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi aparılıb, piyada keçidinin ətrafında abadlaşdırılma işləri görülüb.

Beynəlxalq standartlara cavab verəcək müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.
Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidləri inşa ediləcək.
 




Bakıda yerüstü piyada keçidi istifadəyə verildi - FOTO - VİDEO - foto 1
Bakıda yerüstü piyada keçidi istifadəyə verildi - FOTO - VİDEO - foto 2
Bakıda yerüstü piyada keçidi istifadəyə verildi - FOTO - VİDEO - foto 3

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO