Tanınmış aktyor da Laçına köçdü - FOTO

Tanınmış aktyor da Laçına köçdü - FOTO

Hazırda oxunan: Tanınmış aktyor da Laçına köçdü - FOTO
165540
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, bu gün növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 81 nəfər köçürülüb.

Bizim.Media xəbər verir ki, Laçına gedənlər arasında tanınmış aktyor Rauf Şahsuvarov da olub.

Aktyor trend.az-a açıqlamasında Laçında işləyəcəyini bildirib.

Qeyd edək ki, aktyor 1991–1992-ci illərdə Arif Paşayevin komandiri olduğu Azərbaycanda olan ilk nizami alayın - Laçın alayının tərkibində Qarabağ müharibəsində iştirak edib.

Rauf Şahsuvarov hazırda Bakı Uşaq teatrında işləyir. İşlədiyi illər ərzində teatrda bir neçə tamaşanın quruluşçu rejissoru olub və müxtəlif rollar oynayıb.

Aktyor "O dünyadan salam", "Lal", "Yol yoldaşları", "QAZ", "Kəndim+nizə qayıdın!?", "Sübhün səfiri", "Oğlan evi 2", "Hoqqa", "Sən demə" filmlərində, "Pərvanələrin rəqsi", "Sonuncu fəsil", "Qız atası", "Vicdan haqqı", "Əqrəb mövsümü" seriallarında yaddaqalan obrazlar yaradıb.

Tanınmış aktyor da Laçına köçdü - FOTO - foto 1

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO