İsmayıllıda qazıntı işləri aparılan tarixi ərazi nəzarətə götürüldü - FOTO 

İsmayıllıda qazıntı işləri aparılan tarixi ərazi nəzarətə götürüldü - FOTO 

Hazırda oxunan: İsmayıllıda qazıntı işləri aparılan tarixi ərazi nəzarətə götürüldü - FOTO 
165430
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İsmayıllı rayonunun Lahıc qəsəbəsinə yaxın ərazidə, Niyal dağının zirvəsindən təxminən 5-6 kilometr şərqə doğru, Mücü kəndi istiqamətində dağın zirvəsində arxeoloji əhəmiyyət daşıyan ərazidə qanunsuz qazıntı işlərinin aparıldığı aşkar olunub. 

Bizim.Media xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb. 

Məlumata görə, Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin əməkdaşları əraziyə baxış keçirən zaman geniş şəkildə qanunsuz qazıntı işlərinin aparıldığını müəyyən edib. 

Qazıntı işləri nəticəsində abidələrin siyahısına daxil olmayan və hələlik tarixi haqqında dəqiq məlumatın olmadığı, yonulmuş daşlarından inşa olunmuş tikinti qalıqlarının üstü açılıb. Qazıntı nəticəsində ərazidə saxsı qab fraqmentləri, su boruları və digər artefaktlar üzə çıxarılıb. Ərazinin yüksək dağlıq relyefini nəzərə alaraq, qanunsuz qazıntı işlərinin uzun müddət aparıldığını güman etmək olar. 

Geniş tədqiqat işlərinin aparılmasına ehtiyac olan ərazi öyrənilməsi və qorunması üçün Dövlət Xidməti tərəfindən nəzarətə götürülüb. 

Yol verilmiş qanunsuz hərəkətlərlə bağlı müvafiq tədbirlər görüləcək. 

İsmayıllıda qazıntı işləri aparılan tarixi ərazi nəzarətə götürüldü - FOTO  - foto 1
İsmayıllıda qazıntı işləri aparılan tarixi ərazi nəzarətə götürüldü - FOTO  - foto 2
İsmayıllıda qazıntı işləri aparılan tarixi ərazi nəzarətə götürüldü - FOTO  - foto 3
İsmayıllıda qazıntı işləri aparılan tarixi ərazi nəzarətə götürüldü - FOTO  - foto 4
İsmayıllıda qazıntı işləri aparılan tarixi ərazi nəzarətə götürüldü - FOTO  - foto 5

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO