“Nə siyahı görmüşəm, nə də ev bölmüşəm” - Çingiz Abdullayev 

“Nə siyahı görmüşəm, nə də ev bölmüşəm” - Çingiz Abdullayev 

Hazırda oxunan: “Nə siyahı görmüşəm, nə də ev bölmüşəm” - Çingiz Abdullayev 
165246
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən 21 nəfərə ev verilməsi müzakirələrə səbəb olub.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, həmin şəxslərin bir çoxunun katibələrdən, sürücülərdən, təsərrüfat içilərindən, bir sözlə, texniki heyətdən ibarət olduğu vurğulanır. 
 
Məsələ ilə bağlı qurumun katibi Elçin Hüseynbəylinin “Anar müəllim kimi məsləhət bilibsə, evlər həmin şəxslərə verilib”, deməsi müzakirələri bir az da qızışdırıb. 
AYB-nin birinci katibi Çingiz Abdullayev də mövzuya münasibətsiz qalmayıb. Ev bölgüsü ilə bağlı danışan Xalq yazıçısı Çingiz Abdullayev bunları deyib: 

“Mən Bakıda deyildim, iki ay idi Almaniyada idim. Almaniyada tələbələrlə görüşlərdə iştirak edirdim. Bu məsələni mən Bakıda olmadığım halda, mənsiz həll ediblər. Nə siyahı görmüşəm, nə də ev verilənlərin adını. Ona görə xahiş edirəm ki, mənim adım çəkilməsin. Deməsinlər ki, Çingiz Abdullayev siyahı tərtib edib, ev bölüb, ev verib. Mən Bakıda olmamışam, baş verənlərdən də xəbərsizəm”. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO