Külək güclənəcək, leysan olacaq - XƏBƏRDARLIQ 

Külək güclənəcək, leysan olacaq - XƏBƏRDARLIQ 

Hazırda oxunan: Külək güclənəcək, leysan olacaq - XƏBƏRDARLIQ 
164515
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda və Abşeron yarımadasında noyabrın 16-da gün ərzində cənub küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi, 17-də isə şimal-qərb küləyinin 15-20 m/s, səhər arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, 17-də gündüz bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. 

Noyabrın 17-də şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Şərqi Zəngəzur, Qarabağ, Qazax-Gəncə, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. 
Qərb küləyinin arabir 15-20 m/s, 17-də gecə və səhər ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO