Balakəndə ev əşyaları ilə birlikdə yandı

Balakəndə ev əşyaları ilə birlikdə yandı

Hazırda oxunan: Balakəndə ev əşyaları ilə birlikdə yandı
164261
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Balakənin Meşəşambul kəndində beş otaqlı ev yanıb.  Hadisənin sobadan qaynaqlandığı ehtimal edilir. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yanğın hadisəsi gecə saatlarında baş verib. Kənd sakini 58 yaşlı Nazim Gəncəliyevə məxsus beş otaqlı fərdi yaşayış evi yanıb.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yerli sakinlərin də  iştirak etdiyi söndürmə zamanı mənzilin əksər hissəsi ev əşyaları ilə birlikdə yanıb. 
Xoşbəxtlikdən ev sahiblərindən, eləcə də yanğının söndürülməsi zamanı xəsarət alan olmayıb. 

Faktla bağlı araşdırma başlanılıb. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO