Qəbələ sakinlərindən ov tüfəngləri götürüldü: 11 nəfər SAXLANILDI – FOTO  

Qəbələ sakinlərindən ov tüfəngləri götürüldü: 11 nəfər SAXLANILDI – FOTO  

Hazırda oxunan: Qəbələ sakinlərindən ov tüfəngləri götürüldü: 11 nəfər SAXLANILDI – FOTO  
163660
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi, mülki silahın daşınması və saxlanılması qaydalarının pozulması, eləcə də qanunsuz ov hallarının qarşısının alınması məqsədilə profilaktiki tədbirlər həyata keçirilib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, keçirilən tədbirlər zamanı rayon sakinləri – Feyruz Vəliyev, Rudik Qukasov və Tofiq Nəsrullayevdən müvafiq sənədləri olmayan ümumilikdə 3 ədəd ov tüfəngi aşkar edilərək götürülüb. 

Keçirilən digər tədbirlər nəticəsində isə rayon ərazisində qanunsuz ov edən 1, mülki ov silahının daşınması qaydalarını pozan 11 nəfər müəyyən edilib. 
Aşkar edilən faktlarla bağlı həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. 

Qəbələ sakinlərindən ov tüfəngləri götürüldü: 11 nəfər SAXLANILDI – FOTO   - foto 1
Qəbələ sakinlərindən ov tüfəngləri götürüldü: 11 nəfər SAXLANILDI – FOTO   - foto 2

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO