Güclü külək əsəcək, dolu düşəcək - XƏBƏRDARLIQ 

Güclü külək əsəcək, dolu düşəcək - XƏBƏRDARLIQ 

Hazırda oxunan: Güclü külək əsəcək, dolu düşəcək - XƏBƏRDARLIQ 

163535

Bakıda və Abşeron yarımadasında noyabrın 9-da cənub küləyinin 15-20 m/s, səhər və gündüz arabir 23-28 m/s, 10-da isə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, səhər yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir. 

Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Sabah ölkəmizdə 27 dərəcə isti olacaq


Bildirilib ki, Azərbaycanın rayonlarında noyabrın 10-u səhər dağlıq ərazilərdən başlayaraq 11-i səhərədək arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. 

Noyabrın 9-u axşamdan 10-u günün ikinci yarısınadək qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, ayrı-ayrı yerlərdə arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir. 

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO