Qəsdən adam öldürməyə hazırlaşan şəxs MƏHKƏMƏ QARŞISINDA

Qəsdən adam öldürməyə hazırlaşan şəxs MƏHKƏMƏ QARŞISINDA

Hazırda oxunan: Qəsdən adam öldürməyə hazırlaşan şəxs MƏHKƏMƏ QARŞISINDA
163119
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fevralın 16-da Suraxanı rayon sakini Elman Əsədovun yaşadığı evə odlu silahla hücum edilməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Suraxanı rayon prokurorluğu yayıb.

İstintaqla Tahir Hüeynovun tanışı Elman Əsədovu qəsdən öldürmək və əmlakını ələ keçirmək üçün hazırlaşması, bu məqsədlə fevral ayında müxtəlif tarixlərdə odlu silahla  sonuncunun yaşadığı, rayonun Əmircan qəsəbəsində yerləşən fərdi yaşayış evinə gəlməsi, lakin öz iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilməməsinə əsaslı şübhələr müəyyən edilib.
Tahir Hüseynova Cinayət Məcəlləsinin 28.1, 120.2.11, 28.1, 181.2.3, 28.1, 181.2.5, 28.1, 181.3.2-ci ( quldurlaqla əlaqədar qəsdən adam öldürməyə, yaşayış sahəsinə qanunsuz girməklə, silahdan istifadə etməklə və külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluğa hazırlıq) və  digər maddələri ilə yekun ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO