Xızıda ƏMƏLİYYAT: Silahlı şəxs saxlanıldı - FOTO

Xızıda ƏMƏLİYYAT: Silahlı şəxs saxlanıldı - FOTO

Hazırda oxunan: Xızıda ƏMƏLİYYAT: Silahlı şəxs saxlanıldı - FOTO

162337

Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq silah-sursat saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb. 

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.  

Məlumata görə, həmin şəxsin üzərinə baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov AKS-74”markalı avtomat silah, 1 ədəd patron sandığı və 25 ədəd patron aşkar olunaraq götürülüb. 

Aparılan araşdırmalar zamanı saxlanılan şəxsin rayonun Giləzi qəsəbə sakini, əvvəllər oğurluq, xuliqanlıq və narkotikə görə məhkum olunmuş Ramil Vəliyev olduğu müəyyən edilib. 
Faktla bağlı Xızı RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO