Heydər Əliyev Hava Limanının sərnişin dövriyyəsi 4,3 milyon nəfəri ÖTDÜ  

Heydər Əliyev Hava Limanının sərnişin dövriyyəsi 4,3 milyon nəfəri ÖTDÜ  

Hazırda oxunan: Heydər Əliyev Hava Limanının sərnişin dövriyyəsi 4,3 milyon nəfəri ÖTDÜ  
161429
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

25 oktyabr 2023-cü il, Bakı – 2023-cü ilin əvvəlindən Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin dövriyyəsində sabit artım nümayiş etdirməkdə davam edir.  

Bu barədə Bizim.Media-ya Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib. 

Bu ilin yanvar-sentyabr aylarında Bakı hava limanının ümumi sərnişin dövriyyəsi 25 faiz artaraq 4 milyon 325 min nəfərdən çox həddə çatıb. Ötən ilin eyni dövründə bu göstərici 3 milyon 223 min nəfər təşkil edib. 

Beynəlxalq istiqamətlərdə daşınan sərnişinlərin 58,6 %-i xarici aviadaşıyıcıların payına düşüb. Hesabat dövründə bu aviaşirkətlər 2 milyon 214 mindən çox sərnişin daşıyıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 39 faiz artım deməkdir. Bakı aeroportundan sərnişin daşımalarının qalan hissəsini isə "Azərbaycan Hava Yolları" (AZAL) həyata keçirib. Bu dövrdə AZAL 1,5 milyondan çox sərnişinə beynəlxalq uçuşlarda, 549 min nəfər sərnişinə isə Naxçıvan istiqamətində xidmət göstərib. 

Hava limanından ən çox sərnişin Bakıdan İstanbula və əks istiqamətdə daşınıb. Qeyd olunan dövr ərzində bu göstərici 746 min nəfərdən çox olub. Daşınan sərnişinlərin sayına görə digər pillələrdə ardıcıl olaraq Naxçıvan, Moskva, Dubay və Tbilisi qərarlaşıb. 

"Sərnişinlərimizin rahatlığının təmin olunması məqsədilə Azərbaycana uçuşlar həyata keçirən xarici aviaşirkətlərlə əməkdaşlığımızı genişləndirməkdə davam edirik.

Həmçinin onlara daha da səmərəli səyahət təcrübəsi təqdim etmək üçün xidmətlərimizin və infrastrukturumuzun təkmilləşdirilməsinə çalışırıq”, - deyə Bakı hava limanının direktoru Teymur Həsənov bildirib. 

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportuna 37 aviaşirkət 70 yaxın istiqamətdə müntəzəm uçuşlar yerinə yetirib, onlardan 18-i aşağıbüdcəli aviadaşıyıcılardır. Onların payına düşən sərnişinlərin sayı ümumi xarici aviaşirkətlərə nisbətdə 49 faiz təşkil edib. Ən çox sərnişini “Turkish Airlines”, “AnadoluJet”, “Utair”, “Aeroflot”, “FlyDubai” aviaşirkətləri daşıyıb. 

Heydər Əliyev Hava Limanının sərnişin dövriyyəsi 4,3 milyon nəfəri ÖTDÜ   - foto 1

Məhərrəm Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO