Bakıda dönərdən zəhərlənən 20 şagirdin adı AÇIQLANDI

Hazırda oxunan: Bakıda dönərdən zəhərlənən 20 şagirdin adı AÇIQLANDI

161387

Oktyabrın 24-də Bakının Binə qəsəbəsində 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərin dönərdən zəhərlənən 20 şagirdinin adı məlum olub.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, bunlar aşağıdakılardır: Ş.Vəlizadə (11 yaş), H.Mustafayev (11 yaş), Y.Muradlı (11 yaş), T.Abdullayev (11 yaş), R.Əsgərli (10 yaş), B.Seyidzadə (11 yaş) və qardaşı F.Seyidzadə (14 yaş), S.Qasımlı (15 yaş), A.Abbaszadə (11 yaş), M.İsmayılov (10 yaş), İ.Sadıqzadə (14 yaş), C.Muradov (15 yaş), T. Talıbov (12 yaş), S.Bədəlli (13 yaş) və bacısı J. Bədəlova (15 yaş), Ə.Qasımov (14 yaş), Y. İbadov (14 yaş), R.Şükürov (11 yaş), F.Quliyev (14 yaş) və Ü.Səlimli (13 yaş).

Xatırladaq ki, onlarda müxtəlif vaxtlarda qida mənşəli narahatlıq və ürəkbulanma əlamətlərinin müşahidə edilib. İlkin tibbi yardım göstərildikdən sonra şagirdlər müvafiq səhiyyə müəssisəsinə yerləşdirilib. Onlar müvafiq müayinə və müalicə proseduruna cəlb olunub.
Zərərçəkənlərdən üçünün – T.Abdullayev, S.Qasımlı və F. Seyidzadənin vəziyyətləri ağırdır. Şagirdlər reanimasiya şöbəsinə yerləşdirilib. Ü.Səlimli isə ambulator müalicədən sonra evə buraxılıb.

Məktəblərin rəhbərliyi tərəfindən aidiyyəti dövlət qurumlarına və məktəbdə halı pisləşən şagirdlərin valideynlərinə də məlumat verilib.

Şagirdlər dərsə gələrkən və məktəbdən evə gedərkən Binə qəsəbəsi ərazisində fəaliyyət göstərən iaşə xidməti məkanlarından birindən dönər alıb yediklərini bildiriblər.

Aidiyyəti dövlət qurumları tərəfindən müvafiq araşdırmalara başlanılıb.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO