Bakı-Sumqayıt yolunda avtobuslar arasındakı interval 5 dəqiqəyə ENDİRİLƏCƏK 

Bakı-Sumqayıt yolunda avtobuslar arasındakı interval 5 dəqiqəyə ENDİRİLƏCƏK 

Hazırda oxunan: Bakı-Sumqayıt yolunda avtobuslar arasındakı interval 5 dəqiqəyə ENDİRİLƏCƏK 

161304

“Bakı-Sumqayıt yolunda avtobuslar arasındakı interval 5 dəqiqəyə endiriləcək”. 

Bizim.Media xəbər verir ki, bunu “report.az”a müsahibəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib. 

“Bakı-Sumqayıt yolunda zolağın təşkil edilməsindən sonra avtobusların son dayanacağa çatma müddəti 10 dəqiqə qısalıb. Avtobuslar arasındakı intervalın isə 5 dəqiqə təşkil etməsi gözlənilir. Bu hələ ilkin nəticələrdir. Zolağın təşkili ilə bağlı sərnişinlərin də rəyləri müsbətdir. 

Hazırda Bakı-Sumqayıt şosesində avtobus zolağı təşkil edilir. 

Qeyd olunan yol sahəsindən gün ərzində ümumilikdə 37 müntəzəm marşrut xətti üzrə 1 800 dəfədən çox avtobus keçir. Zolağın tələbinə əməl etməklə 140 minədək ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradılacaq”, - qurum rəsmisi əlavə edib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO