Yupiterin peykinin şəkilləri dərc edildi - FOTO 

Yupiterin peykinin şəkilləri dərc edildi - FOTO 

Hazırda oxunan: Yupiterin peykinin şəkilləri dərc edildi - FOTO 
160775
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Amerika Birləşmiş Ştatlarının Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Yupiterin beşinci peyki olan İonun yeni şəkillərini dərc edib. 

Bu barədə Bizim.Media-ya Nəsrəddin Tusi Adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. 

İo peykinin 11700 kilometrliyindən keçən "JunoCam" avtomatik planetlərarası peyki vasitəsilə şəkillər çəkilərək Yerə göndərilmiş fotoşəkillərdə bulanıq yaşıl rəngli, naxışlı gölləri görmək mümkündür ki, bunlar da lava axınlarıdır. 
Günəş sistemindəki digər obyektlərə nisbətən İoda vulkan püskürmələri daha aktivdir. Peykdəki aktiv vulkan püskürmələrinin əsas səbəbi Yupiter və onun digər peyklərinin güclü cazibəsi nəticəsində əmələ gələn tektonik aktivlikdir.

İonun səthində ətrafa böyük miqdarda kükürd və digər maddələri atan 400-dən çox aktiv vulkan mövcuddur. 

Qeyd edək ki, "JunoCAM"ın 2025-ci ilin sentyabrına qədər davam edəcək missiyası indiyədək peykin ətrafında əlliyə yaxın uçuş həyata keçirib. Bundan sonrakı dövrdə aparatın peykə daha yaxın məsafədə uçacağını nəzərə alaraq yeni, daha detallı şəkilləri çəkərək yerə ötürəcəyi gözləniləndir. 

Yupiterin peykinin şəkilləri dərc edildi - FOTO  - foto 1

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO