İlin sonuncu Günəş tutulması başlayıb - FOTO

İlin sonuncu Günəş tutulması başlayıb - FOTO

Hazırda oxunan: İlin sonuncu Günəş tutulması başlayıb - FOTO
159855
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Bakı vaxtı ilə saat 19:03:45-də 2023-cü ilin sonuncu Günəş tutulması başlayıb. 

Bu barədə Bizim.Media-ya Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.  

Tutulma halqavari Günəş tutulmasıdır. Ay Yerdən uzaq məsafədə olduqda bucaq ölçüsü Günəşin bucaq ölçüsündən kiçik olduğuna görə tutulma zamanı Günəşin səthini tam bağlamır və Ayın ətrafında parlaq halqa yaranır. 
Tutulma hadisəsi oktyabrın 15-də saat 00:55:11-də sona çatacaq.  

Tutulmanın maksimumu saat 21:59:27-də olacaq. Tutulma hadisəsi 5 saat 51 dəqiqə 26 saniyə davam edəcək. Mərkəzi tutulma hadisəsi isə saat 20:10:09-da başlayacaq və 23:48:56-da qurtaracaq.

Mərkəzi tutulma prosesi 3 saat 38 dəqiqə 47 saniyə davam edəcək. 

Bu tutulma hadisəsi Qərbi Afrika, Şimali Amerika, Cənubi Amerika, Sakit okean, Atlantik okean və Arktikada müşahidə ediləcək. Tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq. 

İlin sonuncu Günəş tutulması başlayıb - FOTO - foto 1

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO