
- A-
- A
- A+
Cəmiyyət
17:58 / 12.10.2023
1 dəq oxunma
Kürdəmirdə körpə bədbəxt hadisə nəticəsində ÖLDÜ
Hazırda oxunan: Kürdəmirdə körpə bədbəxt hadisə nəticəsində ÖLDÜ
159577
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Kürdəmirdə bədbəxt hadisə baş verib. Yaş yarımlıq körpə su maşınının altında qalaraq ölüb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.
Belə ki, həyətyanı sahəyə içməli su gətirən “QAZ-53” markalı su maşınının sürücüsü İsgəndərov Sahib Sabir oğlu avtomobili geriyə verərkən ehtiyatsızlıq edib və 2022-ci il təvəllüdlü Bəkirov Uğur Semral oğlunun üzərindən keçib. Azyaşlı elə hadisə yerindəcə dünyasını dəyişib.
Uşağın meyiti müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Aran bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































