Astarada gildən hazırlanan qədim tütək saxlanılır - FOTO

Astarada gildən hazırlanan qədim tütək saxlanılır - FOTO

Hazırda oxunan: Astarada gildən hazırlanan qədim tütək saxlanılır - FOTO
157994
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Astara rayonu Toradi kənd klubunda gildən hazırlanan qədim tütək saxlanılır. Tarixçilərin fikrincə, həmin tütək azı bir neçə min il bundan əvvəl hazırlanıb.

Bizim.Media xəbər verir ki, bu maddi-mədəniyyət nümunəsi qazıntılar zamanı təsadüf nəticəsində tapılıb.

Qədim musiqi aləti klubda toplanan 200-dən çox eksponatın demək olar ki, ən kiçiyidir. Onun uzunluğu 6 santimetrə yaxındır. İlk baxışdan müasir tütəklərdən fərqlənsə də, ifa zamanı bu alət yenilərindən heç də geri qalmır.

Tarixçi Ağarəhim Abdulov bildirib ki, qədim gil tütək bir neçə min il əvvələ, təxminən Tunc dövrünə aiddir.

Ön tərəfində bir, arxa tərəfində isə iki deşik var. Bu deşiklər vasitəsilə səsləri idarə etmək olur. Müasir zurna, balaban və tütəkdən fərqi onun ikinci notunun olmasıdır. Bu da ifa zamanı bəzi çətinliklər yaradır.
Toradi kənd klubunun müdiri Surəddin Əliyev deyir ki, klubda qədimliyi ilə seçilən, müxtəlif dövrlərə aid qoç fiqurları, gildən hazırlanmış su boruları, müxtəlif saxsı qablar qorunub saxlanılır. Bu eksponatların içində ən diqqət çəkəni isə gil tütəkdir. Bu qədim tütəkdən cənub bölgəsində üç rayonda tapılıb. Onun sözlərinə görə, bu alət göstərir ki, qədimdə yaşamış insanların da musiqiyə marağı son dərəcə yüksək olub.

Astarada gildən hazırlanan qədim tütək saxlanılır - FOTO - foto 1
Astarada gildən hazırlanan qədim tütək saxlanılır - FOTO - foto 2
Astarada gildən hazırlanan qədim tütək saxlanılır - FOTO - foto 3
Astarada gildən hazırlanan qədim tütək saxlanılır - FOTO - foto 4
Astarada gildən hazırlanan qədim tütək saxlanılır - FOTO - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO