Kəlbəcərdə şəhid olan Vüsal Orucovun nəşi ailəsinə təhvil verildi - FOTO

Kəlbəcərdə şəhid olan Vüsal Orucovun nəşi ailəsinə təhvil verildi - FOTO

Hazırda oxunan: Kəlbəcərdə şəhid olan Vüsal Orucovun nəşi ailəsinə təhvil verildi - FOTO
157800
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistan silahlı qüvvələrinin hərbçisinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından atəş açması nəticəsində ötən gün şəhid olan həqiqi hərbi xidmət hərbi qulluqçusu Orucov Vüsal Xeybalı oğlunun nəşi Qusar rayonunun Suvacal kəndinə gətirilib.

Bizim.Media xəbər verir ki, şəhidlə vida mərasimi doğulduğu Suvacal kəndində keçirilir.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: Ermənilər snayperlə atəş açdı, hərbçimiz şəhid oldu


Mərasimdə mərhumun yaxınları, rayon icra hakimiyyətinin rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Şəhid sonra kənd məzarlığında dəfn olunacaq.

Qeyd edək ki, V.Orucov 2005-ci ildə Qusar rayonunun Suvacal kəndində anadan olub. Hərbi xidmətə bu il aprel ayında yollanmışdı.

Kəlbəcərdə şəhid olan Vüsal Orucovun nəşi ailəsinə təhvil verildi - FOTO - foto 1
Kəlbəcərdə şəhid olan Vüsal Orucovun nəşi ailəsinə təhvil verildi - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO