Nazir havanın çirklənməsini nəqliyyatla ƏLAQƏLƏNDİRİB

Nazir havanın çirklənməsini nəqliyyatla ƏLAQƏLƏNDİRİB

Hazırda oxunan: Nazir havanın çirklənməsini nəqliyyatla ƏLAQƏLƏNDİRİB

157701

Azərbaycanda havanın çirklənməsinin yarıdan çoxu nəqliyyat sektorunun payına düşür.

Bizim.Media xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Bakıda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunda bildirib.

"Nəqliyyat infrastrukturunun inkişafı əhalinin ehtiyacının ödənilməsi ilə yanaşı vətəndaşların sağlamlığı və ətraf mühitin mühafizəsi sahəsində tədbirlər görülməsini zəruri edir. Xüsusilə iri şəhərlərdə avtomobillərin sayı sürətlə artır.
Son illər Bakının yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə dövlət investisiyaları artırılıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin fəaliyyəti təkmilləşdirilib. Həmçinin bu sahədə institusional islahatlar da aparılmalıdır.

Bütün bunlar, o cümlədən ekoloji cəhətdən təmiz nəqliyyat və təmiz yanacağın istifadəsinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər havanın keyfiyyətinə müsbət təsir göstərə bilər. Ölkəmizdə elektrik və hibrid mühərrikli avtomobilərin istifadəsinə şərait yaradılmaqla əhalinin alternativ nəqliyyat vasitələrinə marağı stimullaşdırılır", - deyə o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO