Hacıqabulda QƏZA - 5 nəfər ağır xəsarət aldı 

Hacıqabulda QƏZA - 5 nəfər ağır xəsarət aldı 

Hazırda oxunan: Hacıqabulda QƏZA - 5 nəfər ağır xəsarət aldı 

157566

Hacıqabulda baş verən ağır qəzada 5 nəfər ağır bədən xəsarəti alıb. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə saat 14:30 radələrində rayonun Padar kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, "Chevrolet" markalı minik maşınının sürücüsü Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.

Hadisə zamanı sürücü daxil olmaqla, 5 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO