Xocalıya qayıdışla bağlı hazırlıq işlərinə başlanılıb

Xocalıya qayıdışla bağlı hazırlıq işlərinə başlanılıb

Hazırda oxunan: Xocalıya qayıdışla bağlı hazırlıq işlərinə başlanılıb
157519
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xocalıdan məcburi köçkün düşmüş sakinlərin bir qrupu ilə görüşüb.

Komitədən Bizim.Media-ya verilən xəbərə görə, görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsindən və bu günlər Qarabağ iqtisadi rayonu ərazisində aparılan 1 günlük lokal antiterror tədbirlərindən sonra yaranan vəziyyət, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış üzrə I Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası, doğma torpaqlara geri dönüşün gedişi və perspektivləri barədə danışılıb.

Dövlət Komitəsinin sədri işğaldan azad edilmiş digər ərazilər kimi Xocalı rayonuna da qayıdışın səmərəli şəkildə təşkil olunması üçün başlanmış hazırlıq işləri, bununla bağlı dövlətimizin verdiyi tapşırıqlar barədə görüş iştirakçılarına ətraflı məlumat verib, onların fikir və mülahizələrini dinləyib, suallarını cavablandırıb.
Görüşdə Xocalının məcburi köçkün icmalarının nümayəndələri, ziyalılar, ictimai fəallar, həmçinin Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri iştirak ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO