Güclü külək bədbəxt hadisəyə səbəb oldu - Dam örtüyü qadının başına düşdü - FOTO

Hazırda oxunan: Güclü külək bədbəxt hadisəyə səbəb oldu - Dam örtüyü qadının başına düşdü - FOTO

15654

Sumqayıtda dam örtüyü 42 yaşlı qadının başına düşüb.

Bizim.Media xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

Belə ki, güclü külək yaşayış binasının dam örtüyünü qoparıb, dam örtüyü binanın həyətindən keçən 42 yaşlı Sevinc Rəsulovanın başına düşüb.

Qadın baş və bədənin müxtəlif nahiyələrindən ağır zərbələr alıb.

S. Rəsulova hazırda Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsində koma vəziyyətindədir. (apa)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO