Yeni təhsil portalı fəaliyyətə başladı

Yeni təhsil portalı fəaliyyətə başladı

Hazırda oxunan: Yeni təhsil portalı fəaliyyətə başladı

155819

Azərbaycanda yeni təhsil portalı fəaliyyətə başlayıb.  

Bizim.Media xəbər verir ki, www.edutime.az domeinində fəaliyyət göstərəcək sayt təhsil sahəsində ölkədə və dünyada baş verən ən vacib yenilikləri oxuculara çatdırmağı hədəfləyir.

Portalda eyni zamanda elm və təhsil sahəsindəki problem və uğurları özündə əks etdirən gündəlik materiallarla yanaşı, rubrika yazıları, müsahibə, reportaj, araşdırmalar da oxuculara təqdim ediləcək. 

Edutime.az eyni zamanda təhsil sahəsində müxtəlif məzmunlu rəy sorğuları keçirərək, aktual məsələlərə ictimai rəyi öyrənəcək.

Portalın təsisçiləri tanınmış jurnalistlər Hacıbəy Heydərli və Fərid Şahbazlıdır. 

Bizim.Media.az-ın adından həmkarlarımızı təbrik edir, işlərində uğurlar arzulayırıq! 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO