Daha bir rayonun xəstəxanasına direktor TƏYİN EDİLDİ - FOTO

Daha bir rayonun xəstəxanasına direktor TƏYİN EDİLDİ - FOTO

Hazırda oxunan: Daha bir rayonun xəstəxanasına direktor TƏYİN EDİLDİ - FOTO
154851
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. 

Bildirilib ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib. Xəstəxananın direktoru vəzifəsi tibb üzrə fəlsəfə doktoru Həsən Hüseynova həvalə olunub. 

TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov Həsən Hüseynovu kollektivə təqdim edib. 

Qeyd edək ki, H.Hüseynov 1986-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, 1990-1992-ci illərdə Yaroslavl Dövlət Tibb İnstitutunda klinik ordinaturada təhsil alıb. 

H.Hüseynov Naxçıvan Respublika Xəstəxanasında, akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində anestezioloq-reanimatolaq, Mərkəzi Gömrük Hospitalında baş həkim, Bərdə Müalicə Diaqnostika Mərkəzində, Sumqayıt 1 saylı Şəhər Xəstəxanasında direktor vəzifələrində çalışıb. 
O, hazırkı təyinatınadək Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında direktor vəzifəsində fəaliyyət göstərib. 

Daha bir rayonun xəstəxanasına direktor TƏYİN EDİLDİ - FOTO - foto 1
Daha bir rayonun xəstəxanasına direktor TƏYİN EDİLDİ - FOTO - foto 2
Daha bir rayonun xəstəxanasına direktor TƏYİN EDİLDİ - FOTO - foto 3

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO