Goranboyda sel FƏSADLAR TÖRƏTDİ: 37 ev işıqsız qaldı - FOTO 

Goranboyda sel FƏSADLAR TÖRƏTDİ: 37 ev işıqsız qaldı - FOTO 

Hazırda oxunan: Goranboyda sel FƏSADLAR TÖRƏTDİ: 37 ev işıqsız qaldı - FOTO 
154430
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən gecə Goranboya yağan leysan yağışlar ciddi fəsadlar törədib. 

Bizim.Media report-a istinadən xəbər verir ki, leysan yağışlar nəticəsində rayon ərazisindən keçən çaylarda suyun səviyyəsi artıb. 

Dağlardan axıb gələn sel suları 10-a yaxın kəndin ərazisindən keçərək müxtəlif fəsadlar törədib, 37 yaşayış məntəqəsində elektrik enerji verilişində fasilələr yaranıb. 

Sel suları Azad, Dəyirmanlar kəndləri ərazisində əkin yerlərinə, yeni səpilmiş yonca sahələrinə də ziyan vurub. 

Rayonun Qazançı, Goranlı, Kürəkçay kəndləri ərazisində axıb keçən sel suları kəndarası yollarda çətinlik yaradıb. 

Goranboyda ötən gecədən başlayan güclü yağışdan sonra yaranan sel nəticəsində rayonun Gürzallar kəndinə gedən avtomobil yolunda hərəkət dayanıb. 

Qeyd edək ki, Goranboy Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası selin fəsad törətdiyi ərazilərdə monitorinqlər aparıb, lazımi texnikaları cəlb etməklə fəsadların aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirir. 

Goranboyda sel FƏSADLAR TÖRƏTDİ: 37 ev işıqsız qaldı - FOTO  - foto 1
Goranboyda sel FƏSADLAR TÖRƏTDİ: 37 ev işıqsız qaldı - FOTO  - foto 2
Goranboyda sel FƏSADLAR TÖRƏTDİ: 37 ev işıqsız qaldı - FOTO  - foto 3
Goranboyda sel FƏSADLAR TÖRƏTDİ: 37 ev işıqsız qaldı - FOTO  - foto 4

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO