Niyə əksər qəzaları məhz “Prius”lar TÖRƏDİR?

Niyə əksər qəzaları məhz “Prius”lar TÖRƏDİR?

Hazırda oxunan: Niyə əksər qəzaları məhz “Prius”lar TÖRƏDİR?

154261

Son dövrlər baş verən qəzalarda ən çox “Pirus” markalı avtomobillərin adını eşidirik.  Hər 10 qəzadan 7-sini məhz bu avtomobillərin iştirakı ilə baş verdiyini desək, yəqinki yalan olmaz.
Əslində bir həqiqət var ki, taksi şirkətlərində də ən çox “Toyota Pirus” markalı maşınlar seçilir. Elə məhz şəhər sakinlərinə maneə törədən də əsasən həmin taksi sürücüləri olur.

Bəziləri isə hesab edir ki, “Prius”ların qəza yaratmasına səbəb onların əyləc sisteminin yaxşı işləməməsidir. 

Bəs görəsən qəzalarda “Prius” markalı avtomobillərin fəal iştirak etməsinə əsas səbəb nədir?

Nəqliyyat eksperti Aslan Əsədov Bizim.Media-ya açıqlamasında bildirib ki, qəzalar avtomobilllərin problemi deyil, onları idarə edən sürücülərin səriştəsizliyindən baş verir:

“Nəqliyyat vasitələri arasında əsasən “Pirus” markalı avtomobillərin daha çox qəza yaratdığı hesab olunur. Son dövrlər baş verən qəzalar və itkilərə də elə məhz sözügedən avtomobillərin iştirakı ilə baş verir. Əslində burda günah avtomobildə deyil, onu idarə edən sürücülərdədir. Əlçatan olduğu üçün yeni fəaliyyətə başlayan sürücü də, şəhəri yaxşı tanımayıb rayondan gələn sürücülər də “Prius” -la fəaliyyət göstərir”

Ekspert bildirir ki, “Prius” digər maşınlar kimi normal maşın olduğu üçün ciddi narahatlıq yoxdur. Həmin maşınları idarə edən sürücülər düzgün seçilərsə, o zaman qəzalar hazırki qədər çox olmaz:

“”Prius” modeli dünya brendi “Toyota”nın bir markasıdır.  Amma belə tip nəqliyyat vasitələrinin bu səviyyədə pis ad çıxarmasına səbəb nəqliyyat vasitələrini idarə edən şəxslərə görədir. Yəni kimə gəldi icarə formasında, yaxud kirayə olaraq avtomobil verilir. Hər bir şirkət və ya maşın icarəyə verən qurum sürücüsünü düzgün seçdiyi halda qəzaların sayı azala bilər. Bu halda da “Prius”ların adı hadisələrdə bu qədər mənfi formada hallanmaz”.

Röyanə Oğuz, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO