Dolu kənddə salamat ev QOYMADI... – Zaqataladan REPORTAJ/FOTO  

Dolu kənddə salamat ev QOYMADI... – Zaqataladan REPORTAJ/FOTO  

Hazırda oxunan: Dolu kənddə salamat ev QOYMADI... – Zaqataladan REPORTAJ/FOTO  

154207

Dünən səhər saatlarında Şimal-Qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürüb.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, əsasən Zaqatala rayonunun dağlıq əraziləri və ona yaxın yaşayış məntəqələrində güclü küləklə müşahidə olunan dolu yağıb.  
 

MÖVZU İLƏ BAĞLI:

Balakəndə güclü külək və dolunun yaratdığı FƏSADLAR – FOTO  


Əməkdaşlarımız təbii fəlakətin baş verdiyi bir neçə kənddə olub, sakinləri dinləyib. Əsasən dağətəyi kəndlərə yağıb.  

Güclü küləklə müşayət olunan leysan yağışları sonradan doluya çevrilib. Dolu əsasən rayonun Mazıx, Qəbzdərə, Car və Yuxarı Tala kəndlərinə eləcə də şəhərin Qala düzü ərazisinə düşüb.  


Qəbzdərə kənd sakini Hüseyn Nuriyevin həyətində, mənzilinin qarşısındayıq.  Adam inana bilmir ki, burada bir neçə saat öncə təbbi fəlakət baş verib. Sanki binanın üst örtüyünü güllə-barana tutublar, elə bil həyətdəki ağacları xüsusi şəllə budayıblar. Hüseynovlar ailəsi hələ də gördüklərindən şokdadır desək, yanılmarıq. Mənzil sahibinin qızı bildirir ki, dolu yağan zaman mümkün olmayıb ki, bayıra çıxa bilsinlər.   

Səmayə Qasarayeva deyir ki, bura onun ata yurdudur:  

“Səhərdən zəng elədilər ki, belə bir vəziyyət var. Bir az kəndin yuxarısına gələndə gözlərimizə inanmadıq. Ən balaca dolu yumurta boyda, ən irisi yumruq boydaydır. Evin vəziyyətini də görürsünüz. Heç cür yaşamaq mümkün deyil” deyir və bizi yaxınlıqda qardaşının yenicə istifadəyə verdiyi tikili ilə də tanış edir.   


Qəbzdərədə salamat ev qalmayıb.  

Təbii fəlakət daha çox rayonun Qəbzdərə kəndində fəsadlar törədib. Əksər evlərin damları, tövlə və altıaçıqların üstünü dolu yararsız vəziyyətə salıb. Kənd sakini Zeynal Məmmədovun da yeni inşa etdiyi evin damı tamamilə sıradan çıxıb. Dolu həmçinin onun həyətindəki avtomobilin şüşələrini qırıb. 

Bu da 6 uşaq anasının evi...  

Səbiyyət Məmmədova altı uşaq anasıdır. Həyətində hələ də dolunun əlamətləri qalmaqdadır. Deyir ki, kənddə sakinlərin mənzilləri ilə yanaşı əsas gəlir mənbəyi sayılan fındıq və xurma ağaclarındakı bütün məhsulları dolu yararsız vəziyyətə salıb:  

“Əvvəl yağış yağdı, beş dəqiqənin içində doluya çevrildi. Göz-gözü görmürdü. Göydən yumruqdan da yekə dolu tökülürdü.. Evin üstü kirəmitdi. Onların hamısını bir anda param-parşa etdi. Və yağışla-dolu başımıza tökülməyə başladı. Həyətimizi də görürsüz” deyə-əli ilə həyətini göstərir.


Komissiya yaradılıb, lakin əksər evlər sığortasızdır.  

Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata əsasən, hadisədən sonra müvafiq təşkilatların əməkdaşları Mazıx, Qəbzdərə, Car, Yuxarı Tala kəndlərində sakinlərin mənzillərinə eləcə də fərdi təsərrüfatlara baş çəkib, dəymiş ziyanın hesablanmasını istiqamətində iş aparılır.

Komissiyadan o da bildirildi ki, baş verən təbii fəlakət barədə müvafiq orqanlara rəsmi müraciət ünvanlanacaq. Lakin əksər evlər sığortasız olduğundan dəymiş ziyan tam ödənilə bilməyəcək. Artıq kəndlərə elektrik enerjisinin verilməsi bərpa olunub, yolllar daş və çınqıldan, ağac qırıntılarından təmizlənib, nəqliyyatın hərəkətində heç bir məhdudiyyət yoxdur.   














Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO