Taksi şirkətindən sərxoş olan “ayıq sürücü” ilə bağlı AÇIQLAMA - VİDEO 

Taksi şirkətindən sərxoş olan “ayıq sürücü” ilə bağlı AÇIQLAMA - VİDEO 

Hazırda oxunan: Taksi şirkətindən sərxoş olan “ayıq sürücü” ilə bağlı AÇIQLAMA - VİDEO 

154177

“Ayıq sürücü” xidmətindən çağırılan sürücünün sərxoş olması ilə bağlı açıqlama verilib. 

Bizim.Media xəbər verir ki, vətəndaş Tural Hüseynov xezerxeber.az-a bildirib ki, sürücünün sərxoş olması səbəbi ilə Dövlət Yol Polisi əməkdaşları tərəfindən avtomobil duracağa aparılıb. 

Paytaxt sakini qeyd edib ki, hazırda avtomobilə tətbiq edilən cərimənin üzərinə hər gün faiz gəlir. 
Məsələ ilə bağlı sözügedən “ayıq sürücü” xidmətindən bildirilib ki, müştərini aparan sürücü həmin şirkətdə xidmət göstərmir. 

Belə ki, müştəriyə təyin edilən sürücü Samir Kərimov adlı şəxs, iyun ayının 22-si işləmək üçün yerinə Fərid adlı dostunu göndərib. 

“Avtomobilə yazılmış cərimənin məsuliyyəti Samir Kərimovun üzərinə düşür. Onunla isə əlaqə saxlaya bilmirik. Qayda pozan sürücünün məlumatları mövcud olsa da, avtomobil sahibi bunu qəbul etmir”, - deyə şirkətin nümayəndəsi bildirib. 

Daha ətraflı videomaterialda: 
 


 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO