“TikTok”dan “makler” tapdılar, başlarına iş gəldi

“TikTok”dan “makler” tapdılar, başlarına iş gəldi

Hazırda oxunan: “TikTok”dan “makler” tapdılar, başlarına iş gəldi
154158
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“İki həftə əvvəl “TikTok”dan tapdığımız “makler” nömrəsi ilə əlaqə saxlayaraq Qəbələdə ev kirayələdik. Lakin dələduzluqla üzləşdik”. 

Bizim.Media xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya adının çəkilməsini istəməyən vətəndaş müraciət edib. 

Vətəndaş iddia edir ki, özünü “makler” kimi tanıdan şəxs onları aldadıb:

“Öncədən 300 manat pul ödədik. Guya bizim üçün endirim etmişdi. Qalan 300 manatı isə evə köçəndən sonra ödəyəcəkdik. 7 günlük qalacağımız evə avqustun 25-i köçəcəkdik. Lakin gedəcəyimiz gün bizə yazaraq dedi ki, iş alınmır. Ödənişi geri istəyəndə isə müxtəlif bəhanələr gətirdi. Əvvəlcə iki gün möhlət istədi, daha sonra isə ödəyə bilməyəcəyini dedi. Bir neçə gün sonra nömrəsinə zəng çatmadı. Sadəcə vatsapda aktiv idi. Zəng edirdik cavab vermirdi. Yalnız mesaj yazırdı. Hazırda isə nə zəng çatır, nə mesajlara cavab verir. “TikTok”dakı səhifəsini də bağlayıb”.  

Şikayətçinin sözlərinə görə, həmin şəxs başqa insanlara qarşı da dələduzluq edib:

“Qəbələdə olarkən başqa bir “makler”lə danışaraq ev kirayələdik. Həmin “makler”dən bu şəxsi soruşanda onu tanımadığını bildirdi. Amma dedi ki, son bir neçə gün ərzində eyni hadisə ilə qarşılaşan və onlara müraciət edən şəxslər çox olub. Bəlkə də o olmayıb, lakin bu halla üzləşənlər çoxdur. Biz pulu çöldən tapmamışıq. Amma bir anın içində onu itirdik”.  

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO