Quba-İspik-Xınalıq avtomobil yolunda hərəkət bərpa olundu

Quba-İspik-Xınalıq avtomobil yolunda hərəkət bərpa olundu

Hazırda oxunan: Quba-İspik-Xınalıq avtomobil yolunda hərəkət bərpa olundu

154048

Güclü yağış nəticəsində yaranmış sel suları Quba-İspik-Xınalıq avtomobil yolunun bəzi hissələrini (əsasən yolun 22-57-ci kilometrliyində ) yararsız hala salıb, yol infrastrukturuna və yol qurğularına ciddi ziyan vurub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Bizim.Media-ya verilən məlumata görə, bundan başqa, sel suları özü ilə bərabər lil və qaya parçaları gətirərək yolda avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradıb.

“Dərhal avtomobil yolu boyunca hərəkətin təhlükəsizliyi və fasiləsizliyində yaranan problemlərin aradan qaldırılması üçün əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub”, - məlumatda bildirilib.
Qeyd olunub ki, təxirəsalınmaz tədbirlər nəticəsində yolboyu təhlükəsiz və fasiləsiz hərəkət bərpa olunub. Hazırda sözügedən ərazidə işlər davam etdirilir və yol nəzarətdə saxlanılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO