Zaqatalaya dolu yağdı - FOTO/VİDEO

Zaqatalaya dolu yağdı - FOTO/VİDEO

Hazırda oxunan: Zaqatalaya dolu yağdı - FOTO/VİDEO
154028
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Zaqatala rayonunun dağlıq əraziləri və ona yaxın yaşayış məntəqələrində yağış yağıb, sonradan doluya çevrilib. Leysan və dolu sonradan küləklə müşahidə olunub.

Bizim.Media xəbər verir ki, dolu əsasən rayonun Mazıx və YuxarıTala kəndlərinə, qismən də Car kəndinə düşüb. Dolu meyvə ağaclarına ziyan vurub, bəzi evlərin həyətlərni sel-sular basıb, elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranıb.

Mazıx kənd sakinlərinin sözlərinə görə, dolu kənddə bir neçə evin dam örtüyünə zərər vurub. Həmçinin həyətlərdəki avtomobillər də doludan zədələnib.

Hazırda Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri, eləcə də müvafiq təşkilatların əməkdaşları adıçəkilən kəndlərdə fəsadların aradan qaldırılmasına və dəymiş ziyanın hesablanmasına cəlb edilib.
 


Zaqatalaya dolu yağdı - FOTO/VİDEO - foto 1
Zaqatalaya dolu yağdı - FOTO/VİDEO - foto 2
Zaqatalaya dolu yağdı - FOTO/VİDEO - foto 3

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO