Müharibədə itkin düşənlərin qohumları və naməlum meyitlərdən bioloji materialın götürülməsi qaydası müəyyənləşib

Müharibədə itkin düşənlərin qohumları və naməlum meyitlərdən bioloji materialın götürülməsi qaydası müəyyənləşib

Hazırda oxunan: Müharibədə itkin düşənlərin qohumları və naməlum meyitlərdən bioloji materialın götürülməsi qaydası müəyyənləşib
153982
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Dezoksiribonuklein turşusu (DNT) analizinin aparılması üçün bioloji materialın götürülməsi, onun uçotu, saxlanılması, istifadəsi, verilməsi və məhv edilməsi Qaydası”nda dəyişiklik edilib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.  

Qərara əsasən, Azərbaycan Respublikasına qarşı hərbi təcavüz nəticəsində, o cümlədən ərazilərin işğaldan azad olunması dövründə xəbərsiz itkin düşmüş şəxslərin bioloji qohumlarından (bioloji valideynlərdən və ya övladları ilə birlikdə ər-arvaddan) bioloji material məhkəmə, əməliyyat-axtarış fəaliyyətini, təhqiqat və ya istintaqı həyata keçirən orqanların qərarına əsasən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (bundan sonra – DTX) əməkdaşı tərəfindən götürüləcək. 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində aşkar edilmiş naməlum meyitlərin müayinəsi zamanı da həmin meyitlərdən bioloji material qismində qan, tük, dırnaq, diş, sümük və ya orqanizmin digər ifrazatlarından və ya toxumalarından biri və ya bir neçəsi DTX-nin əməkdaşı tərəfindən götürüləcək. 
Azərbaycan Respublikasına qarşı hərbi təcavüz nəticəsində, o cümlədən ərazilərin işğaldan azad olunması dövründə xəbərsiz itkin düşmüş şəxslərin bioloji qohumlarından (bioloji valideynlərdən və ya övladları ilə birlikdə ər-arvaddan) və işğaldan azad olunmuş ərazilərdə aşkar edilmiş naməlum meyitlərdən müvafiq qaydada götürülmüş bioloji material və məlumat DNT analizinin aparılması, DNT profilinin əldə olunması və DNT Məlumat Bankında saxlanılması üçün DTX-nin Hərbi-tibb baş idarəsinə göndəriləcək. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO