Ağsuda dağlıq ərazidəki yanğın SÖNDÜRÜLDÜ 

Ağsuda dağlıq ərazidəki yanğın SÖNDÜRÜLDÜ 

Hazırda oxunan: Ağsuda dağlıq ərazidəki yanğın SÖNDÜRÜLDÜ 

152009

Ağsu rayonu, Girdə kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın tam söndürülüb. 

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, yanğın nəticəsində dağlıq ərazidə quru ot, kol-kos, ağac və ağac kötükləri yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub. 

Yanğınsöndürmə işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib. 

Qeyd edək ki, sözügedən ərazidəki yanğın dünən başlamışdı. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO