Azərbaycan Ordusunun əməliyyat-taktiki təlimləri başa çatdı - VİDEO

Azərbaycan Ordusunun əməliyyat-taktiki təlimləri başa çatdı - VİDEO

Hazırda oxunan: Azərbaycan Ordusunun əməliyyat-taktiki təlimləri başa çatdı - VİDEO
15200
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, keçirilən əməliyyat-taktiki təlimləri uğurla başa çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Ordusunun təlimləri bu gün başa çatacaq


Bildirilib ki, dağlıq-meşə və çətin relyefli ərazilərdə keçirilən təlimlərdə əsas diqqət Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla şəxsi heyətin və hərbi idarəetmə orqanlarının peşəkarlıq səviyyəsinin artırılması, döyüş texnikasının və digər hərbi vasitələrin tətbiqi, o cümlədən qoşunların terrorçu dəstələr (qruplar) və qanunsuz silahlı qruplaşmalar ilə mübarizə və anti-terror əməliyyatlarının həyata keçirilməsi üzrə təlim-döyüş tapşırıqlarının icra edilməsinə yönəldilib.

Mürəkkəb şəraitdə keçirilən təlimlərdə müxtəlif qoşun növləri arasında qarşılıqlı fəaliyyətin təşkili üzrə tapşırıqlar uğurla yerinə yetirilib, qoşunların idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsi, döyüş, mənəvi-psixoloji və maddi-texniki təminat məsələlərinə xüsusi diqqət yetirilib.

Təlim rəhbərliyinin qiymətləndirməsinə əsasən qoşunlar qarşıya qoyulan məqsədlərə tam nail olub. Şəxsi heyət döyüş əməliyyatlarının aparılması üzrə praktiki təcrübə əldə edib, həmçinin yüksək səhra vərdişləri nümayiş etdirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO