Polis Goranboyda əməliyyat keçirdi - TUTULANLAR VAR - FOTO

Polis Goranboyda əməliyyat keçirdi - TUTULANLAR VAR - FOTO

Hazırda oxunan: Polis Goranboyda əməliyyat keçirdi - TUTULANLAR VAR - FOTO
150216
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Goranboy Rayon Polis Şöbəsinə rayonun Yeni Veysli qəsəbəsindəki mağazada oğurluq hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib.

İlkin araşdırmalar zamanı mağazadan 170 manat nağd pul, ümumi dəyəri 500 manat olan müxtəlif növ tütün, alkoqollu və alkoqolsuz içkilərin oğurlanması məlum olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq vətəndaşa məxsus mağazaya daxil olaraq oğurluq etməkdə şübhəli bilinən Kəlbəcər rayon sakinləri Elnur Abuzərov və Fərid Alızadə saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər.

Şübhəli şəxslərin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onların daha bir vətəndaşın evindən elektrik naqillərini oğurlamaları məlum olub.

Faktlarla bağlı Goranboy Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

Polis Goranboyda əməliyyat keçirdi - TUTULANLAR VAR - FOTO - foto 1
Polis Goranboyda əməliyyat keçirdi - TUTULANLAR VAR - FOTO - foto 2
Polis Goranboyda əməliyyat keçirdi - TUTULANLAR VAR - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO