Ümumrespublika təmizlik aksiyaları zamanı 10 tondan artıq məişət tullantısı yığılıb - FOTO 

Ümumrespublika təmizlik aksiyaları zamanı 10 tondan artıq məişət tullantısı yığılıb - FOTO 

Hazırda oxunan: Ümumrespublika təmizlik aksiyaları zamanı 10 tondan artıq məişət tullantısı yığılıb - FOTO 
149647
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Təmiz ölkəm” aksiyası çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin və yerli qurumlarının əməkdaşlarının, yerli icra hakimiyyətləri orqanlarının, Gənclər və İdman Nazirliyinin regional bölmələrinin, yerli mənzil-kommunal təsərrüfat idarələrinin, bələdiyyələrin, ictimaiyyət nümayəndələrinin və könüllülərin iştirakı ilə dəniz sahillərində, çay və göl hövzələrində, meşə ərazilərində növbəti təmizlik aksiyaları keçirilib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, aksiyalar çərçivəsində Xəzər dənizinin Xaçmaz və Lənkəran sahilləri, Kür çayının Yevlax rayonundan, Qoşqarçayın Samux rayonundan, Hacıqabul gölünün Şirvan şəhəri ərazisindən keçən hissəsi, Astara, Ağstafa, Kürdəmir, Quba, İsmayıllı, Şəki, Zaqatala, Ağcabədi, Göygöl, Cəlilabad, Bərdə, Gədəbəy və Qəbələ rayonlarının meşə əraziləri tullantılardan təmizlənib. 

Aksiyalar zamanı ümumilikdə 10 tondan artıq məişət tullantısı, 300 metr sintetik tor ərazilərdən təmizlənərək yığışdırılıb. 

Mütəmadi olaraq keçirilən təmizlik aksiyalarının məqsədi ekoloji şüurun formalaşmasına dəstək olmaq, tullantıların düzgün idarə olunmasını təbliğ etməkdir. 

Nazirlik hər kəsi təbiətimizə qayğı ilə yanaşmağa və onu təmiz saxlamağa dəvət edir. 

Ümumrespublika təmizlik aksiyaları zamanı 10 tondan artıq məişət tullantısı yığılıb - FOTO  - foto 1
Ümumrespublika təmizlik aksiyaları zamanı 10 tondan artıq məişət tullantısı yığılıb - FOTO  - foto 2
Ümumrespublika təmizlik aksiyaları zamanı 10 tondan artıq məişət tullantısı yığılıb - FOTO  - foto 3
Ümumrespublika təmizlik aksiyaları zamanı 10 tondan artıq məişət tullantısı yığılıb - FOTO  - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO