
- A-
- A
- A+
Cəmiyyət
23:24 / 03.08.2023
1 dəq oxunma
Ağsuda mal tövləsi YANDI
Hazırda oxunan: Ağsuda mal tövləsi YANDI
149377
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Ağsuda baş verən yanğın şəxsi təsərrüfata ziyan vurub.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Ağsu rayon Nüydü kəndində kolluq ərazidə başlayan yanğın əvvəl biçilmiş taxıl sahəsinə, daha sonra isə kənd sakini 65 yaşlı Osmanov Fəraiz Rasim oğluna məxsus həyətyanı sahəyə yayılıb.
Yanğın zamanı həyətdə olan 400 kvadratmetr sahəsi olan mal tövləsi və tövləyə yığılmış 1000 ədəd ot bağlaması tamamilə yanıb. Yanğın yerinə Ağsu yanğından mühafizə hissəsindən yangınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub.
Yanğının söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.
Fakt araşdırılır.
Bizim.Media, Aran bürosu.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































