Qala-Binə yolunda elektrovozla minik maşını toqquşdu: Sürücü öldü - VİDEO

Hazırda oxunan: Qala-Binə yolunda elektrovozla minik maşını toqquşdu: Sürücü öldü - VİDEO

149246

2 avqust saat 23:20 radələrində ADY-na məxsus elektrovoz Qala-Binə mənzilində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 77-FV-520 olan "Hyundai Elantra"markalı avtomobil dəmiryol keçidini keçməyə cəhd edib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb.

Maşinist tərəfindən təcili tormozlanma aparılsa da tormoz məsafəsi az olduğundan toqquşma qaçılmaz olub. Hadisə nəticəsində xəsarət almış sürücü və 1 sərnişin təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılarkən sürücü yolda dünyasını dəyişib.
ADY olaraq bir daha nəqliyyat vasitələri sürücülərini Azərbaycan Respublikasının "Yol-Hərəkəti haqqında" qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırırıq.

Qeyd edək ki, sürücülərin yol-hərəkəti haqqında Qanunun tələblərini kobud pozması nəticəsində cari ildə keçidlərdə 18 hadisə baş verib, 6 nəfər xəsarət alıb, 3 nəfər isə dünyasını dəyişib.

Ötən ilin eyni dövrü ərzində isə dəmiryolu keçidlərində 12 hadisə baş verib, 4 nəfər xəsarət alıb, 1 nəfər isə həlak olub.

Xatırladaq ki, Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində edilmiş dəyişikliklərə əsasən dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması, nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə görə sürücülərə 100  manat məbləğində cərimə tətbiq olunur.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO