Gənclərə güzəştli kreditlərin verilməsində YENİ QAYDA

Gənclərə güzəştli kreditlərin verilməsində YENİ QAYDA

Hazırda oxunan: Gənclərə güzəştli kreditlərin verilməsində YENİ QAYDA
149138
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gənclər Fondunun vəsaitindən gənclərə güzəştli kreditlərin verilməsi Azərbaycan Mərkəzi Bankının lisenziya verdiyi və Fondun Müşahidə Şurasının müəyyən etdiyi meyarlara uyğun olan müvəkkil kredit təşkilatı vasitəsilə həyata keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi "Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”na edilən dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, Fond kredit götürənin güzəştli kredit üzrə əsas borcu və hesablanmış faizləri müvəkkil kredit təşkilatına ödəmə müddəti ilə müvəkkil kredit təşkilatının həmin vəsaiti Fonda köçürməsi müddətinin üzləşməsini aparmaq və ya bunun üçün Mərkəzi Banka müraciət etmək hüququna malikdir. Fond bu müraciəti etdikdə Mərkəzi Bank fəaliyyət istiqamətinə uyğun olaraq müvəkkil kredit təşkilatında yoxlama apararkən bu məsələni də araşdırır və nəticəsi barədə Fonda məlumat verir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO