
- A-
- A
- A+
Oxbridge Akademiyasının şagirdləri beynəlxalq olimpiadada uğur qazanıblar - FOTO
Oxbridge Akademiyasının 10-cu sinif şagirdi Elbəy Quliyev və 2-ci sinif şagirdi Ülkər Qasımlı 2023-cü ilin iyulunda Sinqapurda keçirilən SIMOC (Singapore International Math Olympiad Challenge) yarışmasında gümüş və bürünc medal ilə mükafatlanıblar.
Bizim.Media xəbər verir ki, onlar həmçinim SINGAPORE MATH GLOBAL FINALS (2024-cü ilin fevralında həm onlayn, həm də kağız bazası) yarışmalarına dəvət olunublar.
Qeyd edək ki, 2006-cı ildə yaradılmış SASMO Asiyada ən böyük riyaziyyat olimpiadalarından biri sayılır.
SASMO müsabiqələri şagirdlərin düşüncə potensialını genişləndirmək məqsədi daşıyır, onların SASMO-da iştirakı məktəb riyaziyyatında, eləcə də yüksək səviyyəli düşünmə bacarıqlarını təkmilləşdirməyə kömək edəcək.
Bütün iştirakçılara uğurlar arzu edirik.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































