Polis Salyanda əməliyyat KEÇİRDİ: Saxlanılanlar var – FOTO 

Polis Salyanda əməliyyat KEÇİRDİ: Saxlanılanlar var – FOTO 

Hazırda oxunan: Polis Salyanda əməliyyat KEÇİRDİ: Saxlanılanlar var – FOTO 
147659
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir. 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin və satışının qarşısının alınması istiqamətində şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı Arbatan kənd sakini, əvvəllər də eyni əmələ görə məhkumluq həyatı yaşayan Elnur Bağırov saxlanılıb. 

Onun məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı oradan 338 qrama yaxın heroin, metamfetamin, 1 kiloqramdan artıq marixuana və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. 

Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri zamanı isə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Qaraçala qəsəbə sakini Rahil Kərimov saxlanılıb. 

Onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətyanı sahədən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 8 ədəd çətənə kolu aşkarlanaraq maddi sübut kimi götürülüb.
Hər iki faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. 

Polis Salyanda əməliyyat KEÇİRDİ: Saxlanılanlar var – FOTO  - foto 1

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO