Balakəndə qanunsuz qum-çınqıl daşıyanlar cəzalandırıldı - FOTO 

Balakəndə qanunsuz qum-çınqıl daşıyanlar cəzalandırıldı - FOTO 

Hazırda oxunan: Balakəndə qanunsuz qum-çınqıl daşıyanlar cəzalandırıldı - FOTO 
146395
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının qarşısının alınması və aşkarlanması istiqamətində tədbirlər keçirilib. 

DİN-in Mətbuat xidmətinin  Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə,  tədbirlər zamanı qeyri-qanuni qum-çınqıl daşınmasını və satışını həyata keçirən şəxslər müəyyən ediliblər.  

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 243-cü (Yerin təkindən istifadə qaydalarının pozulması) maddəsi ilə protokollar tərtib edilib. 

Qum-çınqıl satışı ilə məşğul olan şəxslərlə profilaktik söhbətlər aparılıb, bu fəaliyyətlə məşğul olmaq üçün aidiyyatı dövlət orqanlarından lisenziya almağın vacib olduğu onların diqqətinə çatdırılıb. 

Bundan başqa, məişət tullantılarının urnalardan kənara atılmasının qarşısının alınması istiqamətində  keçirilən nəzarət tədbirləri nəticəsində cari il ərzində bu kimi qayda pozuntusuna yol verən 80 nəfər müəyyən edilib. Onların barəsində protokol tərtib olunaraq barələrində inzibati tənbeh tədbiri görülüb. 

Balakəndə qanunsuz qum-çınqıl daşıyanlar cəzalandırıldı - FOTO  - foto 1
Balakəndə qanunsuz qum-çınqıl daşıyanlar cəzalandırıldı - FOTO  - foto 2
Balakəndə qanunsuz qum-çınqıl daşıyanlar cəzalandırıldı - FOTO  - foto 3
Balakəndə qanunsuz qum-çınqıl daşıyanlar cəzalandırıldı - FOTO  - foto 4

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO