Cəlilabadda qanunsuz kömür istehsalı faktı AŞKARLANDI

Cəlilabadda qanunsuz kömür istehsalı faktı AŞKARLANDI

Hazırda oxunan: Cəlilabadda qanunsuz kömür istehsalı faktı AŞKARLANDI
146283
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Cəlilabadda qanunsuz kömür istehsalı və ətraf mühitin tullantılarla zibillənməsi faktları aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının ekoloji mühitin qorunması və sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə iyunun 14-də keçirdikləri tədbirlər zamanı rayonun İncilli kəndi ərazisində qanunsuz kömür istehsalı faktı aşkar olunub.

Həmin faktla bağlı Cəlilabad RPŞ-də qanunamüvafiq tədbirlərin görülməsi təmin edilib.

Bundan əlavə, şöbə əməkdaşlarının sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Cəlilabad şəhəri ərazisində keçirdikləri tədbirlər zamanı isə məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması, ətrafın zibillənməsi halları aşkar edilib.

Ərazinin zibillənməsi halları ilə bağlı həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə inzibati qaydada protokollar tərtib olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO